Accessibility links

Avropa Məhkəməsi "Azadlıq" qəzetinin redaktorunun şikayətini təmin edib


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 30-da "Qənimət Zayidov Azərbaycana qarşı" işi üzrə qərarını elan edib. Bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib.

Onun sözlərinə görə, AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin baş verdiyini müəyyən edib və ərizəçiyə 1500 avro təzminat ödənilməsinə qərar verib.

Şikayət "Prezident köməkçisinin korrupsiya aparatı" sərlövhəli məqaləyə görə ərizəçilərə qarşı qaldırlmış mülki məhkəmə iddiaları, həmin iddialar üzrə çıxarılmış məhkəmə qərarları ilə bağlı idi. Sözügedən məqalədə Azərbaycanın keçmiş prezidentinin keçmiş köməkçilərindən olan Tariyel Ağayevin və qohumlarının əmlaklarından, futbol klubundan, torpaq sahələrindən, restoran və müxtəlif ticarət müəssisələrindən bəhs olunur və onların korrupsiya yolu ilə əldə edildiyi iddia olunurdu.

Ağayev məqalədəki məlumatların yalan olduğunu, onun nüfuzunu zədələdiyini bildirərək, qəzeti və qəzetin baş redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin yayılmış məlumatların doğruluğunu sübut edə bilməməsi əsası ilə iddiaçının xeyrinə qərar vermişdi - dəymiş mənəvi ziyana görə qəzet 40 000, qəzetin baş redaktoru isə 25 000 manat cərimələnmişdi. Yuxarı məhkəmələr ərizəçilərin həmin qərardan şikayətlərini rədd etmişdi.

Ərizəçilər AİHM qarşısında iddia etmişdilər ki, milli məhkəmələrin qərarları onların ifadə azadlığı hüququna müdaxilə məzmununda olub - müdaxilə əsaslandırılmayıb və qeyri-mütənasib olub.

Müxalif "Azadlıq" qəzeti 2016-cı ildə maliyyə problemləri ilə əlaqədar nəşrini dayandırıb. Bundan sonra kollektivin bir hissəsi hakimiyyətin təqibi ilə əlaqədar ölkədən mühacirət edib. Redaksiyanın bir hissəsi eyni adlı İnternet saytında yazılar dərc etməyə davam edib. Amma 2017-ci ildə hakimiyyət Azərbaycan ərazisində sayta girişi bloklayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG