Accessibility links

Azadlıq qəzetinin bölgə müxbiri həbs edilib


"Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədli Biləsuvar rayon Məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunaraq 3 il müddətə azadlıqdan məhrum edilib. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində yazıb.

“Görünən odur ki, o, tənqidi fikirlərinə, "Azadlıq" qəzetinin əməkdaşı olduğuna görə həbs olunub. Aldığımız məlumata görə, Ziya Əsədli 2-ci qrup əlildir, 2 uşaq atasıdır”, hüquq müdafiəçisi yazıb.

Bununla yanaşı, Ziya Əsədlinin nə vaxt və harada həbs edildiyi ilə bağlı məlumat verilmir.

Rəsmi qurumlar, jurnalistin həbsinin səbəbləri barədə hələ açıqlama verməyib.

“Azadlıq” qəzeti Ziya Əsədlinin bölgə müxbiri olduğunu təsdiq edib.

"Növbəti bir hadisə “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin həbsi ilə bağlıdır. Yerli hakimiyyət orqanları onun jurnalist fəaliyyətinin qarşısını almaq üçün ənənəvi üsula əl ataraq saxta ittihamlar yolu ilə həbs etdirib", deyə qəzetin məlumatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG