Accessibility links

Şahid: “Azadlıq” qəzetində 2011-ci ildə yox, 2001-ci ildə elan vermişəm [Video]


Faiq Əmirlinin məhkəməsi davam edib
please wait

No media source currently available

0:00 0:03:38 0:00

Faiq Əmirlinin məhkəməsi davam edib

Faiq Əmirlinin məhkəməsi davam edir

Iyunun 19-da Bakının Səbael rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib. Növbəti məhkəmə iclası iyunun 21-də saat 12.45-də olacaq.

Faiq Əmirli şüşə qəfəsdə deyil, vəkilinin yanında oturdulub.

Dövlət ittihamını Vüsal Abdullayev müdafiə edir.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Məhkəmə iclasında ABŞ, Böyük Britaniya və Avropa İttifaqının təmsilçiləri, AXCP sədri Əli Kərimli, ictimaiyyətin nümayəndələri iştirak edib. Zalda stullar artırılsa da insanların bir çoxu məhkəmə binasının qarşısında gözləməli olub.

Bugünkü məhkəmədə 8 şahid ifadə verib. Şahidlərin əksəriyyəti “Azadlıq” qəzetində 5-10 il öncə elan və ya reklam dərc etdirib.

Onlardan yalnız biri, - “Azərbaycan” nəşriyyatının iqtisadiyyat şöbəsinin müdiri Akif Vəlimətov Faiq Əmirlini tanıyır.

“İşgüzar münasibətlərimiz olub. Qəzetin borcları olanda redaktor müavini Rahim Hacıyev və Faiq Əmirli ilə danışırdıq. Amma Faiq Əmirli qərar verən şəxs deyildi. Son zamanlar qəzetin nəşriyyata 20 min manat borcu yaranıb. Biz Faiq Əmirli və Rahim Hacıyevlə birgə rəhbərliyin yanında olduq. İzah etdilər ki, yayım şirkəti qəzetə olan borcunu ödəmədiyindən onlar da nəşriyyatın borcunu ödəyə bilmir”, o qeyd edib.

Bu zaman Faiq Əmirli deyib ki, istintaq 8 milyon nüsxə qəzetin vergi borcunun ödənilməsini istəyir.

“Sizcə 8 milyon nüsxə qəzetin çap xərcləri nə qədər edər?” Özü də məhkəməyə bildirib ki, çap xərcləri yarım milyon manatdan çox edir.

Şahid Nadir Əliyev kitab alqı-satqısı ilə məşğul olub. O deyib ki, 5-6 il öncə alıb-satdığı kiatblarla bağlı qəzetdə elan dərc etdirib.

“Elan dərc etdirdiyim hər kitabın müqabilində redaksiyaya bir kitab hədiyyə etmişəm. Nağd pul ödəməmişəm”, o qeyd edib.

Şahid Valeh Quliyev 2001-ci ildə sənədini itirib və “Azadlıq” qəzetində elan dərc etdirib. Amma cinayət işinin materiallarında şahidin ifadəsində yazılıb ki, o, 2011-ci ildə sənədini itirib və elan dərc etdirib. Cinayət işində şahidin elan müqabilində qəzetə iki manat ödədiyi qeyd edilib.

“Mən 2011-ci ildə sənədimi itirməmişəm. İstintaq materalında yazılanları təsdiq etmirəm. Mən 2001-ci ildə pul ödədiyim barədə yazılanları da təsdiq etmirəm. Bir də 2001-ci ildəki 2 manat indi nə qədər edir?”, şahid istintaqın yazdığı ifadədən imtina edib.

Bu zaman vəkil Aqil Laycıov Faiq Əmirliyə qarşı cinayət işini “söz yığını” adlandırıb.

“İstintaq hər cəhdlə Faiq Əmirllinin qəzetdə işə başladığından 10 il əvvəldəkiləri də onun adına saxtalaşdırmaq istəyir”, o qeyd edib.

Şahid Anar Abbasov əldə qəzet satışı ilə məşğul olub.

“Mən 5-6 il öncə satış firmasında işləyirdim. Gündə 10-15 ədəd “Azadlıq” qəzeti satırdım. Dövlət qəzetləri də satırdım. Rəsmi müqaviləmiz var idi. Satdığım hər qəzetin qiymətinin 28-30 faizini mənə verirdilər”, şahid deyib.

Digər şahidlər də qəzetə verdikləri elan müqabilində ümumiyyətlə pul ödəmədiklərini bildirib.

Faiq Əmirli fasilə zamanı Ameikanın Səsinin iclas zalında olan müxbirinin suallarına cavab verib. O bildirib ki, səhhətində ciddi problemlər var.

“Mədəmdə və öd kisəmdə kəskin ağrılar var. Mədəmdə qastrit var və öd kisəmdə qalınlaşma gedir. Həkim baxır və dərmanlar verir. Ağrıkəsici dərmanlar belə ağrıları sakitləşdirmir. Müalicə müəssisəsinə köçürülməyim üçün müraciət edəcəm”, o qeyd edib.

O, saxlanma şəraitindən narazı deyil.

“Özümü təqsirli bilmirəm və hər hansı günahım yoxdur”, Əmirli ittihamla bağlı sualın cavabında deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG