Avropa İttifaqının Ukraynanın üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar verəcəyi gözlənilir
Avropa İttifaqının icraedici orqanının Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib-etməmək barədə tezliklə qərar verəcəyi gözlənilir. Tövsiyəni yekdilliklə təsdiq etməli olan Aİ Komissiyası iyunun 23 və 24-də keçiriləcək sammitdə məsələni müzakirə etməyə hazırlaşır.