Accessibility links

Laura Lokman: Azərbaycan və region Avropanın enerji təhlükəsizliyində həmişə mühüm rol oynayıblar


Dövlət Katibinin Enerji Resursları üzrə köməkçisinin müavini Laura Lokman
Dövlət Katibinin Enerji Resursları üzrə köməkçisinin müavini Laura Lokman

Dövlət Katibinin Enerji Resursları üzrə köməkçisinin müavini Laura Lokman Bakı Enerji Forumunda çıxış edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

"Xanım Lokman çıxışında "COVID-19" pandemiyasının və Ukraynada Putinin müharibəsinin enerji qiymətlərinin qeyri-sabitliyinə təkan verdiyini və bir çox ölkələri enerji balansında mədən yanacağının rolunu yenidən nəzərdən keçirməyə məcbur etdiyini deyib “ , məlumatda deyilir.

Laura Lokman qeyd edib ki, Azərbaycan və region Avropanın enerji təhlükəsizliyində həmişə mühüm rol oynayıblar.

"Dövlət katibinin köməkçisinin müavini Lokman həm enerji təchizatı sahəsində cari problemlərin həlli, həm də iqlim böhranının aradan qaldırılması üzrə öhdəliklərin qəbul edilməsinin zəruriliyini də vurğulayıb”deyə məlumatda vurğulanıb.

İyunun 1-dən Bakı Ekspo Mərkəzində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi öz adı altında üç böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.

Sərgidə ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan iştirak edəcək.

Mərasimdə bir sıra təbriklər oxunub. ABŞ Prezidenti Co Baydenin təbrikində qeyd edilib ki, "Azərbaycanla ABŞ 30 illik əlaqələr zamanı güclü tərəfdaşa çevrilib".

"Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir".

ABŞ dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb.

XS
SM
MD
LG