Accessibility links

ABŞ Səfirliyi Scale-Up Accelerator proqramının məzunlarına sertifikatlar təqdim edib


Scale-Up Accelerator proqramının məzunları
Scale-Up Accelerator proqramının məzunları

Bu gün, mayın 18-də keçirilən SHE 2022 Konqresində ABŞ səfirinin müavini Maykl Dikerson qadın sahibkarlar üçün təşkil olunan və ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən Scale-Up Accelerator proqramının məzunlarına sertifikatlar təqdim edib.

Maykl Dikerson bildirib ki, ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edərkən, Scale-Up kimi proqramlar iki ölkənin müxtəlif və çoxşaxəli əməkdaşğının bariz nümunəsidir.

"Tarix və iqtisadiyyat göstərir ki, qadınlara ictimai və iqtisadi həyatda bərabər şəkildə iştirak etmək imkanı verən cəmiyyətlər daha firavan və daha dinc olur. Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılması Azərbaycan iqtisadiyyatına, biznesinə və vətəndaş cəmiyyətinə fayda verir. Bu, Azərbaycan üçün yaxşıdır," o qeyd edib.

SHE 2022 sərbəstlik, sosial məsuliyyət, inklüzivlik, davamlılıq və innovasiyaya yönəlmiş dünyanın aparıcı tədbirlərindən biridir.

O, real dəyişiklik və tərəqqiyə təkan vermək üçün fərdlər, peşəkarlar, icmalar və şirkətlər üçün unikal platforma yaradır.

"Scale Up Accelerator" proqramı Azərbaycanda sahibkar qadınlara öz biznesini böyütməyə və bu istiqamətdə faydalı biliklər qazanmağa kömək edir. Proqram yerli təşkilatlar və ABŞ Səfirliyi tərəfindən dəstəklənir.

XS
SM
MD
LG