"Friends Forever International" qeyri-hökumət təşkilatının ev sahibliyi etdiyi Azərbaycan nümayəndə heyəti ABŞ-də beyin mərkəzləri ilə bağlı araşdırmalar aparmaq üçün Durham şəhərində səfərdə olub.
ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, qrup aprelin 25-dən mayın 7-dək Amerika mədəniyyəti və adət-ənənələri haqqında məlumat əldə edib.
"Nümayəndə heyəti Nyu-Hempşirə yola düşməzdən əvvəl Vaşinqtonda dörd gün keçirib və orada müxtəlif Beyin Mərkəzi Təşkilatları ilə görüşlərdə olublar. Nyu-Hempşirdə qrup siyasi bacarıqların təkmilləşdirilməsi mövzusunda intensiv yeddi günlük proqramda iştirak edib. Proqrama "Good Sheperd" Qida Bankına və Nyu-Hempşir Universitetinə səfər də daxil idi. Qrup, həmçinin Meyn Siyasət İnstitutu, Mübariz Alimlər İttifaqında İqlim və Enerji proqramı üzrə Şimal-Şərqi Regional Təbliğat Direktoru və Durham şəhər meri ilə görüş keçiriblər."
Səfirlik hesab edir ki, qrup qayıtdıqdan sonra Azərbaycanda Beyin Mərkəzinin inkişafına öz töhfələrini verəcək.