Accessibility links

ABŞ Səfirliyi İcma Quruculuğu Təşəbbüsləri Proqramını elan edib


ABŞ-ın Azərbaycandakı Səfirliyi İcma Quruculuğu Təşəbbüsləri Proqramına layihə ərizələrinin qəbulunu elan edib. Layihə ərizələri mayın 15-dək təqdim edilə bilər.

ABŞ Səfirliyi bildirir ki, bu ilin çağırışına yerli icmalara öz problemlərini müəyyən etmək, həmin problemlərin həlli yollarını tapmaq üçün yardım etmək, məhdud imkanlı əhali qrupları üçün müvəkillik layihələri, ətraf mühit problemləri haqda məlumatlılıq mövzuları daxildir.

“Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi yerli icmaların öz problemlərini müəyyən edib həll etmək imkanlarını artıran və vətəndaş iştirakını sövq edəcək icma quruculuğu üçün təşəbbüslərə dəstək proqramına sənəd qəbulunu elan edir. Proqram həmçinin Azərbaycanda firavanlıq və rifahın yaxşılaşdırılması məqsədilə yeni fərdi təşəbbüsləri də dəstəkləyəcək. Müsabiqədə yerli problemləri ünvanlaya biləcək və həlli üçün əməkdaşlıq edəcək dinamik icmaların yaranmasına yardım edəcək innovativ icma quruculuğu təşəbbüslərinə dair təfərrüatlı təkliflər iştirak edə bilər,” ABŞ Səfirliyinin məlumatında deyilir.

Layihənin ümumi məbləği 185 min ABŞ dollarıdır. Təklif olunan proqramlar 24 ay və ya daha az müddətdə tamamlanmalıdır.

XS
SM
MD
LG