Əcəmi Naxçıvaninin dövrümüzə çatmış əsəri olan Möminə xatun türbəsi orta əsrlər Naxçıvan şəhərinin tarixini özündə əks etdirir. Naxçıvan memarlıq məktəbinin nümunəsi olan bu abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə inşa edildiyi məlum olur.