Gəncədə növbəti GƏNCƏSƏNƏT - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası baş tutub. Bu dəfəki sərgi-yarmarka Autizm Məlumatlandırma Günü və Dünya Uşaq Kitab Gününə həsr edilib.
Layihənin koordinatoru Gülnar Məmmədova Amerikanın səsinə bildirib ki, bu layihə Gəncə İctimayi İştirakçılıq Mərkəzinin bir neçə qurumla ortaq təşkilatçılığı ilə həyata keçirilir. O deyir ki, bu dəfəki tədbirdə artıq yerli insanları layihədə aktivliyi müşahidə edilir.