Martın 4-də bir qrup Azərbaycanlı hüquq müdafiəçisi Rusiyanın Bakıdakı səfirliyi qarşısında Ukraynaya hərbi müdaxiləyə etiraz aksiyası keçirib.
Polis əməkdaşları "təhlükəsizlik tədbirləri" ilə əlaqədar aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına icazə verməyiblər.