İngiltərədə 10 metrlik “dəniz əjdahası” fosili tapılıb
İngiltərənin Rutland sahillərində aparılan abadlıq işləri zamanı 10 metrlik “dəniz əjdahası” fosili tapılıb. Bədən quruluşları delfinlərə bənzəyən bu nəhəng dəniz canlısının uzunluğunun 25 metrə qədər çata biləcəyi təxmin edilir. Mütəxəssislər, "ixtiozavr" adlanan bu "dəniz əjdahası" növünün nəslinin təxminən 90 milyon il əvvəl kəsildiyini bildirirlər.