Məbəd Meydanı
Solt Leyk Siti şəhərinin mərkəzində yerləşən, ümumilikdə 5 şəhər bloku əhatə edən Məbəd Meydanı İsa Məsihin Son Gün Əzizləri Kilsəsinin missiyasına əsaslanan tarixi yerləri əhatə edən ibadət mərkəzidir. Mormon pionerləri böyük düzənliklər boyunca çətin bir səyahətdən sonra Solt Leyk vadisinə gəlib çatdıqdan cəmi dörd gün sonra bu vadidə kilsələrinin ilk məbədini tikəcəkləri yeri təyin etdilər. Solt Leyk Məbədinin tamamlanması təməli qazıldıqdan sonra 40 il çəksə də, məbəddəki fəaliyyət və məbəddə davam edən tikinti sayəsində buranı əhatə edən ərazilər sonradan şəhərin mərkəzinə çevrildi. Məbəd Meydanı əvvəlcə məbədin dayandığı tək kvadrat bloka istinad edirdi, lakin bu gün o, orijinal blok da daxil olmaqla 35 hektar əraziyə çevrilib; şərqdəki şəhər bloku—bir neçə tarixi iqamətgah, Cozef Smit Memorial Binası, Yardım Cəmiyyətinin Binası, Kilsə Ofisinin Binası; şimal və qərb ərazilər isə Kilsə Tarixi və İncəsənət Muzeyi, Ailə Tarixi Kitabxanası və Konfrans Mərkəzinin yerləşdiyi ərazilərdir.
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib