Azərbaycanda Qurban bayramı qeyd olunur
İyulun 20-də və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur. Pandemiya şəraitində vətəndaşların gigiyenik-sanitar qaydalar gözlənilməklə qurbanlarını kəsməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında Bakı və regionlarda xüsusi kəsim məntəqələri formalaşdırılıb. Eləcə də, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vətəndaşların sanitar şəraitdə öz qurbanlarını sifariş edə bilməsi üçün xüsusi platforma da fəaliyyət göstərməkdədir. Ət kəsimi məntəqələrində 11-12 kiloluq əti olan quzuların diri çəkisi 7 manatdan satılır. Qurbanlıq heyvan satıcıları ötən ilə nisbətən alıcılıq qabiliyyətinin yüksək olduğunu deyir.
Mövzuya uyğun
Episodes
-
Dekabr 26, 2024
İctimai fəal Famil Xəlilovun növbəti məhkəməsi keçirildi
-
Dekabr 26, 2024
Əziz Orucov həbsdə qaldı