Əli Kərimli: "Niyaməddin Əhmədov heç bir cinayət törətməyib"
İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib. Növbəti məhkəmə prosesi iyulun 9-u saat 11:00-da davam edəcək. Niyaməddin Əhmədov ötən ilin aprel ayında karantin qaydalarını pozma ittihamıyla saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası kəsilib. Bu cəza başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin (214. 1 terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini siyasi hesab edir.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi