İntiharların artmasına medianın təsiri varmı?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə orta hesabla 5 intihar faktı düşür. Son aylar ərzində Azərbaycanda baş verən intihar xəbərləri sosial mediada müzakirə olunur. Son 15 ildə intiharların statistikasında artım tempi müşahidə edilir. Bir çox sosial media istifadəçisi hesab edir ki, intiharların artım tendensiyasında medianın da xüsusi rolu var və bu barədə xəbərlər paylaşılmamalıdır. Jurnalist Aynur Elgünəş deyir ki, xəbər yükü olduğuna görə media intihar xəbərini mütləq işıqlandırmalıdır. Lakin jurnalist hesab edir ki, intihar xəbərini romantikləşdirmək, intihar edən şəxsi qəhrəman kimi təqdim etmək olmaz. Aynur Elgünəş qeyd edir ki, inihar xəbərləri növbəti intiharlara yol aça bilər. "Bunu Ümümdünya Səhiyyə Təşkilatının media ekspertləri də təsdiq edirlər". Jurnalist deyir ki, bir intihar xəbərları intensiv şəkildə yayılanda ard-arda intihar hadisəsi baş verir. Psixoloq Samir Əhmədov deyir ki, intihar halları həmişə olub, lakin indi artmasının əsas səbəbi medianın bu xəbərləri daha çox işıqlandırmasıdır. Psixoloq bildirir ki, pandemiya dövrü də insanların daxili psixoloji aləminə çox ciddi təsir göstərir. Belə ki, insanların uzun müddət qapalı yerdə saxlanılması onların arasında olan intihara meyllili şəxslərin artmasına gətirib çıxarır. Samir Əhmədov qeyd edir ki, intihara sosial mühitin də təsiri böyükdür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il bir milyona yaxın insan intihar edir. Bu o deməkdir ki, hər 40 saniyədə bir nəfər özünü ödürməyəcəhd edir.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb