Hüquqşünas izlənildiyini iddia edir
Hüquqşünas Jalə Bayramova aprelin 10-da izlənilməsi ilə bağlı Amerikanın Səsinə danışıb. Hüquqşünas deyir ki, buna səbəb "8 Mart" aksiyası və aktivist fəaliyyətidir. Onun sözlərinə görə, həmin gün evinin yaxınlığında 2 nəfər ona yaxınlaşıb, qışqır-bağır salandan sonra həmin şəxslər oradan uzaqlaşıb. O, əlində sübutların olduğunu iddia edir və bununla bağlı aprelin 11-də, 102-yə şikayət etdiyini bildirib. Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qızı Jalə Bayramovanın izlənməsindən narahat olduğunu deyir. O bildirib ki, qızı ailələrinin Bakıda olan yeganə üzvüdür, nənəsi ilə birgə qalır. Son 1 aydır ki, dəfələrlə izlənildiyini, danışıqlarının dinlənildiyini hiss edir. Daxili İşlər Nazirliyindən Jalə Bayramovanın şikayəti ilə bağlı işin hansı mərhələdə olduğunu öyrənmək mümkün olmayıb.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb