Müharibə iştirakçıları etiraz aksiyası keçiriblər
Aprelin 22-də bir qrup Qarabağ müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçirib. Onlar əlillik dərəcələrinin düzgün təyin olunmamasından şikayət ediblər. Daha sonra şikayətçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olublar. Müharibə iştirakçıları nazirliyin məsul şəxsləri ilə görüşüblər. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, müharibə iştirakçılarının tələb və təklifləri yerinə yetiriləcək, onların sosial durumlarının yaxşılaşdırılması üçün işlər görüləcək.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb