Sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin önündə etiraz aksiyası keçirib
Aprelin 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin önündə sahibkar Zərrintac İsmayılova etiraz aksiya keçirib. Zərrintac İsmayılova “Cənub” Turizm İstirahət mərkəzinin sahibidir. O, iddia edir ki, onun iş üçün icazə müqaviləsi qanunsuz olaraq ləğv edilib. Sahibkar deyir ki, o fəaliyyət göstərdiyi 12 il ərzində bütün işlərini qanuna uyğun aparıb, dövlət rüsumlarını hər il ödəyib. O, həm Lerik rayonun icra başçısından, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından şikayətçidir. Daha sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata açıqlama verib. O bildirib ki, Zərrintac İsmayılovanın təqdim etdiyi faktlar və məlumatlar araşdırılacaq. Zərrintac İsmayılovanı Nazirliyinin əməkdaşları qəbul ediblər. Qəbul zamanı ona müqaviləsinin ləğv olunduğu bildirilib. Lakin sahibkara hansı əsasla müqaviləsini ləğv edildiyini bildirməyiblər. O, şikayətini bildirmək üçün Prezident Administrasiyasına yollanıb. Orada pandemiyanı əsas gətirərək onu qəbul etməyiblər.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb