Məmməd İbrahim: "Şahid əleyhimizə ifadə vermədiyinə görə həbs olunub"
Aprelin 14-də Bakı Apelyasiya Məhkəməsində Ağamalı Qafarovun sədrliyi ilə Orduya dəstək yürüşündə 2020-ci il iyulun 14-də keçirilən aksiya ilə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxslərdən biri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının fikrincə, məhkəmə siyasi sifarişlə keçirilir. Onun sözlərinə görə, bu cinayət işi xalqın orduya dəstək verməsinə kölgə salır. Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, onlar bir neçə vəsatət veriblər, lakin vəsatətlərlə bağlı qərar növbəti məhkəmə prosesinə ertələnib. O deyir ki, məhkəmənin gedişatı ilə bağlı qiymət vermək olmur, çünki müdafiə tərəfinin qaldırdığı vəsatətlər hələ də baxış mərhələsindədir. Növbəti məhkəmə prosesi aprelin 21-ə təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs olunan 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb