Müharibədə itkin düşmüş hərbi qulluqçuların yaxınları onların tapılmasını tələb edir
Aprelin 13-də Dövlət Təhlükəsizlik Xidmətinin önündə müharibədə itkin düşmüş hərbi qulluqçuların yaxınları onların tapılmasını tələb ediblər. Ailələrin məlumatına görə, onları Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev qəbul edib. Qəbulda onlara deyilib ki, itkin düşmüş yaxınlarının axtarışına onlar da qoşula bilərlər. Müdafiə Nazirliyi martın 2-də Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibədə həlak olan və itkin düşənlərin sayın açıqlayıb. Siyahıda 2881 həlak olan, 28 nəfər isə itkin düşmüş hesab olunan hərbi qulluqçunun adı var.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb