Joshua Tree Milli Parkına giriş
Milli parklara səfərimin dördüncü dayanacağı Kaliforniyanın cənub-şərqində, eyni adlı şəhərin yaxınlığında yerləşən Joshua Tree Milli Parkı oldu. Yalnız bir yoldan ibarət, yolboyu müxtəlif dayancaqları olan, fərqli qayalara sahib və ən əsası qəribə budaqlı Joshua ağaclarının mövcud olduğu bu park il ərzində 3 milyondan çox ziyarətçi qəbul edir. Parkın Kaliforniyanın ən böyük şəhəri Los Ancelesdən cəmi iki saatlıq uzaqlıqda olması da ziyarətçi sayının çoxluğuna səbəb verən əsas amillərdəndir. Park həmçinin həm həvəskar, həm də professional şəkildə qayayadırmanma idman növüylə məşğul olan insanların ən çox gəldiyi yerlərdəndir.
Episodes
-
Yanvar 24, 2025
Azərbaycanlı tələbələr niyə təhsil üçün Türkiyəni seçirlər?
-
Yanvar 24, 2025
Ukraynalılar Birlik Günündə qəhrəmanlarını anır
-
Yanvar 23, 2025
Məhkəmə jurnalist Natiq Cavadlını ev dustaqlığına buraxmadı