Accessibility links

İctimai fəallara qarşı aparılan qaralama kampaniyalarının səbəbi nədir?


İctimai fəallara qarşı aparılan qaralama kampaniyalarının səbəbi nədir?
please wait

No media source currently available

0:00 0:05:18 0:00

Son illər Azərbaycanda ictimai fəallara qarşı müxtəlif növ qaralama kampaniyaları aparılır. Bu kampaniyalar adətən şəxslərin şəxsi və gizli məlumatlarının yayılması ilə müşahidə olunur. Bu gizli məlumatlara şəxsi fotolar, videolar və ya yazışmalar aiddir. Fatimə Mövlamlı deyir ki, ona qarşı qaralama kampaniyalarının motivi zaman-zaman dəyişir. Onun fikrincə, bu həm də hazırladığı videoların kontentindən, onların nə qədər səs-küy gətirdiyindən asılıdır. Gender aktivisti Gülnara Mehdiyevanın sözlərinə görə, ötən il 8 mart aksiyasından 3 gün sonra onun bütün sosial şəbəkə hesablarının ələ keçirilib. Bu zaman onun nömrəsindən, şəxsiyyət vəsiqəsindən istifadə olunub. Gülnara Mehdiyeva hesablarını bərpa edəndən sonra özünün arxiv məlumatlarının yükləndiyinin fərqinə varıb. Lakin həmin məlumatlar ona qarşı bu günlərdə istifadə olunub. Onun fikrincə bu, onun cəmiyyətdəki etibarının azaldılmasına xidmət edir. Gülnara Mehdiyeva bununla bağlı aidiyyatı orqanlara şikayət versə də, onlardan cinayət işi aça bilməyəcəklərinə dair cavablar gəldiyini deyir. Onun sözlərinə görə, hadisədən 1 il ötsə də məsələyə ciddi yanaşılmayıb. İctimai fəal Rüstəm İsmayılbəyli deyir ki, ötən il Tofiq Yaqubluya azadlıq tələbi ilə aksiya keçirəcəklərini elan edəndən sonra ona təhdid mesajları gəlməyə başlayıb. O iddia edir ki, xüsusi xidmət orqanlarından ona aksiyada iştirak etməyəcəyi barədə status yazması tələb olunub, əks halda onun şəxsi məlumatlarını yayacaqlarını deyiblər. Fəal aksiyadan çəkilməyəcəyini deyib, bundan sonra onun yaxınlarına bu məlumatlar göndərilib. Vəkil Elçin Sadıqov bildirir ki, təcrübəyə əsasən fəallara qarşı qarayaxma kampaniyaları hökumət orqanları tərəfindən aparılır. Şəxsi məlumatların əldə edilməsi isə fəalların həbs olunması və ya şəxsi hesablarının ələ keçirilməsindən sonra baş verir. Vəkil deyir ki, bununla bağlı dəfələrlə şikayət edilsə də, bir çox hallarda məhkəmə bu şikayətləri araşdırmır. Sosial media üzrə mütəxəssis Arzu Qeybulla deyir ki, hakimiyyət bu cür ittihamları heç vaxt cavablandırmır. Onun fikrincə, Azərbaycandakı məhkəmə sisteminə güvən olmadığı üçün bu cür şikayətlərin ədalətli baxılmasına nail olmaq mümkün deyil.

XS
SM
MD
LG