Accessibility links

Müəllim: "Məktəblər tezliklə əyani tədris sisteminə qayıtmalıdır"


Müəllim: "Məktəblər tezliklə əyani tədris sisteminə qayıtmalıdır"
please wait

No media source currently available

0:00 0:05:02 0:00

2020-ci ilin fevral ayından Azərbaycanda onlayn tədrisə keçmək qərara alınıb. Bu qərar koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul edilib. Tarix müəllimi Vaqif Abbasov deyir ki, onlayn tədrisdən narazıdır. Onun fikrincə, bu sahədə problemlər çoxdur, əsasən də texniki bazanın olmaması çox böyük əngəllər törədir. Lakin Vaqif Abbasovun fikrincə onlayn tədrisinin müsbət tərəfləri də var. Vaqif Abbasov deyir ki, onlayn tədrislə məktəbin təlim-tərbiyə funksiyası da itirilib. Çünki bunun üçün vaxt çatışmazlığı yaşanır. Onun fikrincə, ekranın arxasından şagirdlərin problemləri ilə maraqlanmaq çətinləşib. Buna görə o düşünür ki, məktəblər tezliklə əyani tədris sisteminə qayıtmalıdır. 11-ci sinif şagirdi olan Sənay Yağmur deyir ki, onlayn tədris məktəbdən qaçış fürsətlərini daha artırır. O düşünür ki, Təhsil Nazirliyi dərslərin maraqlı olmasına və şagirdlərin dərsə cəlb edilməsinə daha çox fokuslanmalı idi. Bundan əlavə o qeyd edib ki, internetə çatımlılıq, bəzi şagirdlərin onlayn tədrisə qoşulması üçün təchizatlatlarının olmaması da ən böyük problemlərdən biridir. 2021-ci il fevralın 1-dən Azərbaycan məktəblərində əyani təhsil bərpa olunub. Hələlik bu, ancaq ibtidai sinif şagirdlərinə aiddir. İbtidai sinif şagirdləri həftədə üç dəfə məktəbə gələcəklər. Həftənin qalan günlərində təhsil prosesi onlayn rejimdə davam edəcək.

XS
SM
MD
LG