"Biz ödənişli təhsili elə etməliyik ki, o təhsil tələbələrə bilik versin"
Azərbaycanda təhsil haqqının baha olması ilə bağlı Təhsil Naziri Emin Əmrullayevin səsləndirdiyi fikir sosial platformalarda narazılığa səbəb olub. Nazirin təhsil haqları aşağı salınarsa, bunun təhsilin keyfiyyətinə təsir edəcəyi barədə fikri isə birmənalı qarşılanmayıb. Nazir bildirib ki, ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 56-sı dövlət hesabına təhsil alır. Təhsil eksperti Nabatəli Qulamoğlu nazirin təhsilin keyfiyyətiylə bağlı səsləndirdiyi fikirlərlə razılaşmır. O deyir ki, təhsil haqqının səviyyəsi ilk növbədə Azərbaycan vətəndaşının minimum yaşayış həddi ilə ölçülməlidir. Ondan sonra isə verilən təhsilin keyfiyyəti ilə müəyyən olunmalıdır. Lakin ekspertin fikrincə, təhsil ödənişli olmalıdır.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb