Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
Azərbaycanda xüsusi karantin rejimi 1 aprel tarixinədək uzadılıb. Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 18 yanvar saat 00:00-dan etibarən yumşaldılması qərara alınıb. 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla); bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); muzey və sərgi zallarının fəaliyyəti; şəhərlərarası və rayonlararası hərəkət fəaliyyətinə icazə verilir. 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur. Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb