Gənc fəal cəriməni ödəməsi üçün polisin hədə-qorxu gəldiyini iddia edir
Dekabrın 27-də Nəsimi Rayon 22-ci polis bölməsinin əməkdaşları SMS-icazə limitini keçməsinə görə fəal Rüstəm İsmayılbəylini saxlayıblar. Rüstəm İsmayılbəyli iddia edir ki, orada ondan 200 manat cərimənin dərhal ödənilməsi tələb olunub və telefonu əlindən alınaraq, saxlanma kamerasına yerləşdirilib. Rüstəm üzərində bu məbləğin olmadığını deyəndən sonra polis əməkdaşları məsləhət görüblər ki, evə zəng etsin və kimsə həmin pulu bank kartına köçürsün. Fəal ona hədə-qorxu gəlindiyini, məbləğ ödənilməsə, “onun evinə maskalılar gələcək” deyildiyini deyir. Telefonunu götürdükdən sonra Rüstəm İsmayılbəyli vəkilinə zəng edib və bundan sonra, karantin rejiminin pozulması haqqında protokol tərtib olunub və onu azad ediblər. Fəal müvafiq protokol tərtib edilmədən qanunsuz saxlanıldığına görə polis əməkdaşlarını məhkəməyə verməyə hazırlaşır. Hadisəni ictimailəşdirəndən sonra fəal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb, ona izahat alınacağı və məsələnin araşdırılacağı deyilib. Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, onlar bu cür hərəkətlər edən polislərə qarşı mübarizə aparırlar və vətəndaşın şikayət yazmağı onlar üçün də önəmlidir. Araşdırmadan sonra isə həmin polis əməkdaşları barədə tədbir görüləcəyi deyilib.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb