Accessibility links

“Büdcəni doldurum deyə kütləvi şəkildə hamını cərimələmək adekvat deyil”


“Büdcəni doldurum deyə kütləvi şəkildə hamını cərimələmək adekvat deyil”
please wait

No media source currently available

0:00 0:05:40 0:00

Azərbaycanda noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur. Bununla da, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Nazirlər Kabinetinin saytında bu qərarla bağlı məlumatda və Kütləvi informasiya vasitələrində bu ifadə “açıq məkanda” və ya “açıq havada” ifadələri kimi verilir. Bu ifadələr “açıq havadakı ictimai yerlər” ifadəsindən məzmunca daha genişdir. Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, qanunvericilikdə açıq havada maska taxmamaq anlayışı müəyyən olunmasa da, əhalinin sağlamlığını qorumaq baxımından başadüşüləndir. Bakı sakinlərinin açıq havada maska taxmağın nə qədər effektiv olub-olmadığını soruşduq. Sakinlərin bəziləri hesab edir ki, maskadan istifadənin məcburi olması effektiv addımdır, digərləri isə bunun əksini düşünürlər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək. Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur.

XS
SM
MD
LG