Accessibility links

Oreqon sahillərinin ən hündür mayakı


Oreqon sahillərinin ən hündür mayakı
please wait

No media source currently available

0:00 0:04:33 0:00

Yakina mayakı Oreqon ştatının Sakit okean sahillərində salınan 9 mayakdan ən hüdürüdür. Səfərimizin 4-cü gününə də məhz buradan başlayırıq. Nyuport şəhərinin okean sahilində yerləşən bu mayak yenicə inkişaf etməyə başlayan Oreqon ştatı üçün vacib əhəmiyyət kəsb edirdi. Belə ki, uzaq sahillərdən okean vasitəsiylə buraya gətirilən məhsullar yeni salınmış qataryoluyla ştatının digər şəhərlərinə çatdırılırdı. Tarixi əhəmiyyətindən başqa hündür dalğaların Oreqon qayalıqlarına qovuşduğu bu ərazidən okeana doğru açılan nəfəskəsən mənzərə, buxtasında toplaşan suitilərin oyunlarını izləmək Yakina mayakını bura gələn hər kəs üçün xüsusi və unudulmaz edir.

XS
SM
MD
LG