Accessibility links

Həkim Aqil Qeybulla: "Biz sosial fiqur kimi Tofiq Yaqublunu itirə bilərik"


Həkim Aqil Qeybulla: "Biz sosial fiqur kimi Tofiq Yaqublunu itirə bilərik"
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu bu gün 10 gündür ki, aclıq aksiyası keçirir. Ailəsinin təklifi ilə həkim Adil Qeybullanın onu müayinə etməsi üçün penitensiar xidmətə müraciət olunub. Bununla bağlı həkim bu gün Tofiq Yaqublunu Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında müayinə edib. Tofiq Yaqublu 3 sentyabr tarixində 4 il 3 ay müddətinə azadlıqdan mərhum edilib. O, xuliqanlıqda ittiham olunur. 2 sentyabr tarixindən etibarən Tofiq Yaqublu məhkəmənin ədalətsiz keçirilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O, qeyd edib ki, azadlığa buraxılmayanadək aclığı dayandırmayacaq. Beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökümətindən tələb edir ki, Tofiq Yaqublunun işinə yenidən baxılsın. Onlar məhkəmənin ədalətli keçirilməsinə şübhə ilə yanaşırlar. Hökumətin isə bununla bağlı heç bir rəsmi açıqlaması yoxdur.

XS
SM
MD
LG