Sentyabrın 9-da “Azad Sol İttifaq”ının (ASİ) çağırışıyla Konstitusiya Məhkəməsinin qarşısında Tofiq Yaqublunun həbsinə etiraz aksiyasına cəhd olub. Aksiyadan əvvəl Konstitusiya Məhkəməsinin və Nizami Gəncəvinin heykəlinin qarşısı polislər tərəfindən mühasirəyə alınıb. Polislər tədbirdən əvvəl 25-dən çox gənci saxlayıblar. Daha sonra saxlanılanlar sərbəst buraxılıblar. Təşkilatçıların məlumatına görə, aksiya iştirakçılarından Tahir Zəngilanlı və Anar Musayev Lökbatan qəsəbəsində sərbəst buraxılıblar. Əmrah Təhməzov barəsində heç bir məlumat yoxdur. Qiyas İbrahimov və Tural Məmmədov Cəlilabad rayonuna aparılıb. Onları rayonda sərbəst buraxıblar. Saxlanılanlardan Namiq Abdullayev, Sənay Yağmur və Harun Sadıqlını Hövsanda sərbəst buraxıblar. Bakı Şəhər Baş Polis İdarəsi "Azad Sol İttifaq”ının (ASİ) keçirdiyi aksiya ilə bağlı məlumat yayıb. Polisin açıqlamasında bildirilir ki, aksiya zamanı saxlanılan olmayıb: "Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar. Saxlanılan və ya həbs edilən olmayıb". Tofiq Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
Tofiq Yaqubluya dəstək aksiyası keçirilib
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb