"Biz hansısa dövlətdən sığınacaq istəyəndə, prezident bizim səsimizi o zaman eşidəcək."
Avqustun 21-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qarşısında etiraz aksiyası keçirilib. “Əzizbəy K.M" şirkətindən ev almış müştərilərin sözlərinə görə, həmin şirkət bir evi bir neçə şəxsə satıb. Daha sonra mənzilləri satan şəxslər həbs olunublar. Həbs olunan şəxslər 8-12 il arası həbs cəzası alıblar. Lakin zərərçəkmiş şəxslər nə pullarını, nə də mənzillərini geri ala bilirlər. Məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət etdiklərini deyən aksiyaçılar, onlara cavab verilmədiyini bildiriblər. Aksiyaçılar Korrupsiyaya qarşı Mübarizə idarəsinə dəvət ediliblər. Şikayətçilərin sözlərinə görə, onları qəbul edən rəis müavini Asəf Sarıkişiyev olub. Lakin sakinlər onlara verilən cavabdan qane olmadıqlarını deyirlər. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vətəndaşlara dəyən zərəri kimin ödəyəcəyi barədə Turan İnformasiya Agentliyinə cavab verib. O deyib ki, əgər istintaq zamanı müstəntiqlər təqsirləndirilən şəxslərə dəymiş ziyanı ödətdirə bilirlərsə, o ödənilir. "Onu heç kim birmənalı deyə bilməz ki, bu pullar hamısı qaytarılacaq, ya qaytarılmayacaq. Bu, tutulan şəxslərin maddi vəziyyətindən, ödəmə qabiliyyətindən də asılıdır. İstintaq orqanı əlindən gələni edir ki, ödəmələr vətəndaşların xeyrinə edilsin".
Episodes
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?