Pandemiyadan sonra dövlətlər daha da avtoritarlaşacaqmı?
“Azərbaycanda hakimiyyət COVID-19 pandemiyasından müxalifətin sıxışdırılması üçün bəhanə kimi istifadə edir”. Bu, “Amnesty International” hüquq müdafiə təşkilatının məruzəsində qeyd olunub. Məruzədə deyilir ki, pandemiyadan təkcə sıravi vətəndaşların yox, məlumatın yayılmasına yol verməmək üçün jurnalist və hüquq müdafiəçilərinin də hüquqları pozulur. Martın 19-da prezident İlham Əliyev pandemiya dövründə “yeni qaydalar”, o cümlədən müxalifətin “təcrid olunması ” və “təmizlənməsi” zərurətini elan edib. Amnesty International hesab edir ki, regionda bir çox hökumətlər ictimai sağlamlığın müdafiəsindən daha çox fərqli düşüncənin məhv edilməsində maraqlıdırlar. Koronavirus pandemiyasından dövlətlər daha da avtoritarlaşmış çıxa bilərmi? Hüquqşünas Səməd Rəhimli hesab edir ki, bir çox dövlətlər pandemiya dövründə güc strukturlarının səlahiyyətlərini daha da artırdı, həmçinin insanların şəxsi həyatına təsir edəcək dövlət gücünün artırılması ilə müşayiət edilən addımlar atıb. Səməd Rəhimli deyir ki, bütün bunlar dövlətlərin avtoritarlaşmasına imkan verən sosial və yaxud da siyasi amil rolunu oynayır. Bu siyasi amil ondan ibarətdir ki, dövlətlər hansısa pandemiyanın qarşısını almaq üçün qeyri-müəyyən səlahiyyətlərə sahib olurlar və bu səlahiyyətlərdən süi-istifadə halı istər-istəməz artır.
Episodes
-
Yanvar 14, 2025
Ukraynada müharibə dövründə teatr sənətində yaşanan çətinliiklər
-
Yanvar 14, 2025
Böyük Texnologiyalar üçün Trampın seçimi kimdir
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib