Abbas Hüseynin aclıq aksiyası keçirdiyi bildirilir
Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində mart ayının əvvəlindən bu yana koronavirus pandemiyası ilə əlaqədar olaraq sovqat qəbulu və məhbusların ailə üzvləri ilə görüşləri müvəqqəti təxirə salıb. Bu qərardan sonra Nardaran məhbusu Abbas Hüseyn qadağaya etiraz olaraq artıq 15 gündən çoxdur ki, aclıq aksiyasını davam etdirir. Məlumatı verən məhbusun bacısı Yasəmən xanım qeyd edib ki, bu etirazına görə Abbas cərimə kamerasına salınaraq bir neçə şəxs tərəfindən döyülüb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə "Amerikanın səsinə" bu məlumatı təkzib edərək doğru olmadığını bildirib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində heç bir məhbus aclıq aksiyası keçirmir. M.Sadıqov cəzaçəkmə müəssisələrinin daxilindəki mağazalarda qiymətlərin baha olması haqqında deyilənləri də təkzib edib.
Episodes
-
Yanvar 18, 2025
Donald Tramp – prezidentliyə aparan qeyri-ənənəvi yol
-
Yanvar 18, 2025
Aynur Elgünəş və Natiq Cavadlı həbsdə saxlanılıb
-
Yanvar 18, 2025
Ukraynada müharibənin ağır yükünü daşıyan azərbaycanlı iş adamı