“Biz formal təşkilat yox, işləyən sistem qurmaq istəyirik”
Ötən həftə ictimaiyyətə təqdim edilən Amerika Azərbaycanlıları Birliyi təşkilatının təsisçisi Fərhad Ələkbərov Amerikanın Səsinə müsahibəsində təşkilatın məqsədlərindən və görəcəkləri işlərdən danışıb. Cənab Ələkbərovun sözlərinə görə, artıq birliyə ABŞ-ın 20-dən çox ştatından və Kanadanın iki əyalətindən yüzlərlə insan qoşulub. O əlavə edib ki, birlik artıq nəzərdə tutduğu fəaliyyətlərinə başlayıb və texnologiya sahəsində işləməkdə maraqlı olan insanlar üçün 7 həftəlik online dərslərə başlanıb. Fərhad Ələkbərov bildirib ki, birlik may ayının sonlarında ABŞ və Kanadada fəaliyyət göstərən azərbaycanlı biznesmənlərin qoşulacağı layihə təqdim edəcək.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib