Lonq-Biçin küçə qraffitiləri
Los Anceles səfərimiz davam edir. Səfərin ilk günü Lonq-Biç şəhərinin mərkəzi küçələrinin divarlarına həkk olunmuş qraffitilərin axtarışına çıxırıq. Hər biri digərindən fərqli tərzdə çəkilmiş bu qraffitilər özündə Lonq-Biç şəhərin azad ruhunu təcəssüm etdirir. Şəhərin müxtəlif küçələrinə səpələnmiş bu qraffitiləri tapmaq üçün isə maraqlı bir üsuldan istifadə edirik. Powwow adlı bir saytda şəhərdəki bütün qraffitilərin yeri, çəkilmə vaxtı və haqqında məlumatlar tapmaq mümkündür. Biz də bu xəritədən istifadə edərək sanki xəzinə axtarırmış kimi Lonq-Biç şəhərinin küçələrində qraffitilərinin axtarışına çıxırıq.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib