Accessibility links

“Senatorların məktubu Azərbaycana hakimiyyətinə göndərilən ciddi siqnaldır”


“Senatorların məktubu Azərbaycana hakimiyyətinə göndərilən ciddi siqnaldır”
please wait

No media source currently available

0:00 0:31:57 0:00

Amerikalı senatorlar Marko Rubio və Ben Cardin Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək ölkədə jurnalistlərə qarşı siyasi təqiblərə son qoyulmasına çağırıb. Amerikanın Səsinə müsahibəsində məktubun əhəmiyyətini şərh edən jurnalist Ələkbər Raufoğlunun sözlərinə görə, hər iki senator ABŞ Senatının xarici əlaqələr komitəsinin yüksək rütbəli şəxsləridir və onların Azərbaycanla bağlı xüsusi dinləmə keçirmək niyyəti var. Vaşinqtonda fəaliyyət göstərən jurnalist onu da əlavə edib ki, bütün bunlar Azərbaycan hökümətinin bu mesajlara nə dərəcədə qulaq verməsindən asılıdır. “Ola bilər ki, hakimiyyət bu məsləhətlərə qulaq tıxasın və desin ki, yox, mən bu məsələləri ümumiyyətlə müzakirə etmirəm. O zaman burada səslənən suallar təkcə mətbuat azadlığı, təkcə Xədicə İsmayıl üçün olmayacaq. Səslənən suallar həm də hakimiyyətin özünün imicinin dəyişmək, islahatlar aparmaq təbliğatının ifşası olacaq.”

XS
SM
MD
LG