Accessibility links

“Xalq o zaman güclü olur ki, onun demokratiya və özünü idarəetmə təcrübəsi olur”


“Xalq o zaman güclü olur ki, onun demokratiya və özünü idarəetmə təcrübəsi olur”
please wait

No media source currently available

0:00 0:19:33 0:00

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı martın 4-də dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatını dərc edib. Hesabata əsasən Azərbaycan bu il də “Azad olmayan ölkələrə" aid edilib. Media Hüquqları üzrə ekspert Rəşid Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın bu siyahılarda hər il daha çox geriləməsinin səbəblərini şərh edib. Onun sözlərinə görə, son seçkilərdə baş verən saxtakarlıq hadisələri, demokratik seçki keçirə bilməmək Azərbaycan xalqını bir toplum olaraq normal dünyadan geridə qalmasına gətirib çıxarır. “Biz son parlament seçkilərində nə qədər biabırçı saxtakarlıqların baş verdiyinin şahidi olduq. Bütün dünya da bunu gördü və bu çox biabırçı bir hadisə idi. Söhbət də ondan gedir ki, seçkilər nə Freedom House, nə də digər beynəlxalq təşkilatlara lazım deyil. Onlar öz hesabatlarını hazırlayır və bunu insanlara təqdim edir. Seçkilər Azərbaycan xalqına lazımdır. Hüquqların indiki vəziyyətindən əziyyət çəkən Azərbaycan xalqıdır. Eyni zamanda bu sadəcə indiki insanların əziyyəti məsələsi deyil. Bu həm də Azərbaycan xalqının bir millət olaraq normal dünyadan geridə qalmasına gətirib çıxaran bir hadisədir. Çünki, müasir dünyada bir şəxsin, bir diktatorun idarə etdiyi xalqın güclü olması nümunələri yoxdur. Xalq o zaman güclü olur ki, onun demokratiya, özünü idarəetmə təcrübəsi olur. Özünün təşəbbüs göstərmə, seçmə və o seçimin məsuliyyətini daşıma qabiliyyəti olur.”

XS
SM
MD
LG