Həqiqət Sosialist Hərəkatının üzvü saxlanılıb
Həqiqət Sosialist Hərəkatının üzvü Ənvər Cəlilov 30 yanvar tarixində anti-seçki təşviqatı zamanı naməlum şəxslər tərəfindən saxlanılıb. Hadisə Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında baş verib. Bu barədə hərəkatın üzvü Nurlan Tahirli məlumat verib. Onun məlumatına görə, Ənvər Cəlilovun Xətai rayon polis idarəsinin 36-cı polis bölməsində saxlanıldığı bildirib. O, bu hadisənin siyasi olduğunu iddia edib. Nurlan Tahirli bildirib ki, onlar vətəndaşlara seçkini boykot etməyə çağırış ediblər. Həqiqət Sosialist Hərəkatı Milli Məclisin əvəzində Azad müəssislər məclisi tələb edirlər.
Episodes
-
Noyabr 22, 2024
COP29 iqlim konfransında ölkə pavilyonları
-
Noyabr 21, 2024
Bakıda müddətsiz kitab sərgisi keçirilir
-
Noyabr 21, 2024
Uşaqlıq boynu xərçəngindən necə xilas olmaq olar?