Trampın hədələrinə baxmayaraq, Çin-ABŞ ticarət müzakirələri davam edir
Trampın ABŞ-ın Çin məhsullarına daha yüksək tariflərin tətbiqi ilə bağlı hədələrindən sonra qlobal marketlərdə dəyişkənlik müşahidə edilib. Bu arada ticarət müzakirələrinin növbəti raundunda iştirak etmək məqsədi ilə Çinin nümayəndə heyəti ABŞ-a səfər edir. İki qüdrətli ölkə arasında gərginliklərin təsiri ticarəti də ötə bilər. Belə ki, Tramp administrasiyasının Şimali Koreya və İranla bağlı Çinin dəstəyinə ehtiyacı var.