Accessibility links

Pol Manafortun məhkəməsində Trampın seçki kampaniyası ilə bağlı yeni məlumatların üzə çıxacağı gözlənilir


Pol Manafortun məhkəməsində Trampın seçki kampaniyası ilə bağlı yeni məlumatların üzə çıxacağı gözlənilir
please wait

No media source currently available

0:00 0:02:43 0:00

ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş sədri Pol Manafort Ukraynada gördüyü işlə əlaqədar bank və vergi fırıldaqçılığı ittihamları ilə gələn həftə məhkəmə qarşısına çıxarılcaq. O, günahsız olduğunu söyləyir. İyulun 31-də Virciniya ştatının Aleksandriya şəhərində başlayacaq məhkəmə işi yaxından izlənəcək, çünki bu prosesdə Trampın 2016-ci il prezident seçki kampaniyası ilə bağlı bəzi məlumatların üstü açıla bilər. Məhkəmədə şahid qismində Federal Təhqiqat Bürosunun agentləri, ABŞ Vergilər Nazirliyinin rəsmiləri və Maliyyə Departamentinin Maliyyə Cinayətlərinə Nəzarət Şəbəkəsinin nümayəndələri ifadə verəcək.

XS
SM
MD
LG