Accessibility links

Məhsa Mehdili: İranda səsvermə haqqı hamıya verilir, amma seçilmə haqqı... [Audio-Müsahibə]


Məhsa Mehdili
Məhsa Mehdili

Məhsa Mehdili İranda seçkilər və siyasi rejimin mahiyyətinə əsasən yerli əhalinin iradəsinin sərgilənməsinə imkan verilmədiyini, ancaq seçkilər zamanı yaranan nisbi açıq atmosferdən istifadə etməyin faydalı olacağını deyir. Amerikanın Səsinə danışan milli fəal may ayının 19-da prezident seçkiləri ilə birgə keçirilən İslami Şəhər Şuraları seçkiləri ilə bağlı türk fəalları və milli hərəkatın bu xüsusda mövqeyini dəyərləndirib.

Məhsa Mehdili Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:17:38 0:00

“[Seçkilər ilə] millətin söz deyə bilməsi üçün bəzi kanallar yaradılmalıdır. Sadəcə səs vermək üçün deyil, millətin iradəsinin əks olunmasına da zəmin hazırlanmalıdır...Amma, İranda nə seçimin mahiyyəti nə də o proses, yerli xalqın iradəsinin sərgilənməsinə imkan vermir,” Məhsa Mehdili söyləyir.

İranda nə seçimin mahiyyəti nə də o proses, yerli xalqın iradəsinin sərgilənməsinə imkan vermir.
Məhsa Mehdili

Türk fəal İranda güc və sərvətin ədalətli paylaşılmadığını və Şəhər Şuraları kimi qurumların da bu xüsusda bir iş görə bilməyəcəyini deyir.

O, əlavə edir, “amma, əlbəttə ki seçilən Şura qrupu bölgənin məsələlərini yaxşı tanısa, xalqın məsələlərinə daha çox can yandırsa, heç olmasa mərkəzdən qeyri-bərabər şəkildə ayrılan o büdcənin [xərclənməsinə] nəzarət etməkdə ya bölgə xalqının problemlərini mərkəzə çatdırmaqda nisbi təsiri olacaqdır.”

Onun dediklərinə görə, “İran hakimiyyəti seçkilərə çox önəm verir. Çünki, dünyada özünə yaxşı imic yaratmaq üçün buna ehtiyacı var. Buna görə, həmişə xalqın çox iştirak etməsini istəyir. Yəni hamıya səsvermə haqqı verir amma seçilə bilmə haqqını hamıya vermir. Bilirik ki biri namizədliyinin qeydiyyata alınması üçün çətin proseslərdən keçməlidir.”

Məncə hər şeydən önəmli seçkilərə gedən zaman dilimində yaranan nisbi açıq atmosferdir.
Məhsa Mehdili

Məhsa Mehdili milli fəalların seçki kampaniyaları zamanı yaranan nisbi açıq atmosferdən istifadə edə biləcəklərini önə çəkir. “Məncə hər şeydən önəmli seçkilərə gedən zaman dilimində yaranan nisbi açıq atmosferdir,” deyə o söyləyir.

2016-cı ildə Təbriz başda olmaqla Şərqi Azərbaycan vilayətinin bir neçə şəhərində “rüşvət və korrupsiya dosyesi” adı altında bəzi Şura üzvləri habelə bələdiyyənin baş müdirləri nəzarət altına alındı. Mehdilinin söylədiklərinə görə, nəzarət altına alınma və məhkəmə prosesinin şəffaf olmadığı üçün bu mövzu ilə bağlı fikir bildirmək mümkün deyil.

O, Qərbi Azərbaycan vilayətində Şuraların müsbət fəaliyyətlər göstərdiyini düşündüyünü söyləyir.

Azərbaycanlıları, istər kürdlər olsun istər türklər, hamısını təmsil edə bilən insanlar seçilsin. Kəsinliklə Qərbi Azərbaycanda torpaq iddiasında olan bəzi terror qruplarına zəmin hazırlayanlar seçilməməlidir.
Məhsa Mehdili

“Qərbi Azərbaycanda qeyri-türklər xüsusilə kürd cəmiyyəti və ya qeyri-şiə cəmiyyətlər də yaşayır. Orada elə insanlar seçilməli ki etnik ya məzhəb qrupları arasında qarşıdurma çıxarmaq üçün təbliğat aparanlara nərdivan olmasınlar. Hamını təmsil edən, başqa məsələlərə yol verməyən və orada yaşayan fərqli etnik qrupları təmsil edə bilənlər seçilsin. Bütün Azərbaycanlıları, istər kürdlər olsun istər türklər, hamısını təmsil edə bilən insanlar seçilsin. Kəsinliklə Qərbi Azərbaycanda torpaq iddiasında olan bəzi terror qruplarına zəmin hazırlayanlar seçilməməlidir,” deyə əslən Qərbi Azərbaycanın Salmas şəhərindən olan türk fəal əlavə edir.

XS
SM
MD
LG