Accessibility links

Təbriz bələdiyyəsində növbəti həbs


Təbriz Bələdiyyəsi
Təbriz Bələdiyyəsi

Təbrizdə bir bələdiyyə başqanı müavinin həbs edildiyini bildirən İran mediası bununla Təbriz Bələdiyyəsi və Şəhər Şurasında rüşvət və korrupsiya dosyesinin yeni mərhələyə daxil olduğunu yazır.

Keçən mart ayından etibarən rüşvət və korrupsiya halları ilə bağlı başladılan həbs dalğası nəticəsində dörd şəhər şurası üzvü, bələdiyyə müavinləri, müdirlər və Təbriz bələdiyyələri ilə çalışan bir neçə podratçı tutulub.

Nəzarət altına alınanlar müvəqqəti olaraq sərbəst buraxılsa da şura üzvləri Elmira Xamaçı, Əkrəm Həzrəti, Həbib Şiri və Ehtişam Hacıpur, habelə 16 bələdiyyə müdiri məhkəmənin qərar çıxaracağına qədər vəzifələrindən uzaqlaşdırılıblar.

Vəzifəsindən uzaqlaşdırılan Təbriz Şəhər Şurası üzvləri
Vəzifəsindən uzaqlaşdırılan Təbriz Şəhər Şurası üzvləri


Yarı-rəsmi Fars xəbər agentliyi yenicə həbs edilən bələdiyyə başqanı müavininin islahatçı qruplara yaxın olduğunu önə çəkib.

Bəzi siyasi qruplar həbslərin rüşvət və korrupsiya ilə əlaqədar olmasına şübhə ilə yanaşır, həbslərin siyasi motivli olduğunu vurğulayırlar.

Təbriz İslami Şəhər Şurası 21 üzvdən ibarətdir. İranda şəhərlər və kəndlərin İslami Şura üzvləri hər dörd ildən bir keçirilən seçkilər nəticəsində müəyyən olunur. Şəhər Şuralarının əsas vəzifələri bələdiyyə başqanının təyinatı, bələdiyyə fəaliyyətlərinə nəzarət və şəhər büdcəsini təsdiq etməkdən ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG