Accessibility links

Mahmud Bilgin: Xaricdə yaşayan güneylilər lobbiçiliyə önəm verməlidir [Audio]


Mahmud Bilgin
Mahmud Bilgin

Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə 2014 ilində İran Azərbaycanında yaşayan türklərin problemlərini səsləndirmək və onları müxtəlif ölkələrin nümayəndələri və beynəlxalq icmalara anlatmaq istiqamətində apardığı fəaliyyətlər haqqında danışıb.

please wait

No media source currently available

0:00 0:21:11 0:00
Direct link

İsveçdə mühacirətdə yaşayan diaspor fəalı Güney Azərbaycan Demokrat Partiyası (GADP) və Azərbycan Öyrənci Hərəkatının (AZOH) birgə təşkil etdiyi Güney Aərbaycan İttifaqi Heyətinin bir neçə il öncədən başlatdığı lobbiçilik fəaliyyətlərinin 2014-də davam etdirildiyini söyləyir.

Bilgin Güney Azərbaycan İttifaqinin 2014-cü ilidə apardığı fəaliyyətlərdə uğurlu olduğunu deyir. O, bu fəaliyyətlərdən nümunə kimi Avropa Parlamenti üzvləri və Ərəb ölkələrinin təmsilçiləri ilə keçirilən görüşlər, eləcə də New World Summit təşkilatı tərəfindən keçirilən beynəlxalq toplantıda iştirak haqqında məlumat verir.

Bu görüşlərdə bilgi verməkdən əlavə, nəticə aldığımız hallar da olub. Özəlliklə Güney Azərbaycanın həm adını həm də məsələsini gündəmə gətirməkdə başarılı olmuşuq. Görüşdüyümüz bəzi qruplar daha sonra İran İslam Respublikası rəsmiləri ilə görüşəndə bizim məsələmizi gündəmə çıxarıblar.
Mahmud Bilgin

Güneyli fəal İran ərəblərinin İrandakı neft bölgələrində yaşadığını nəzərə alaraq ərəb təşkilatlarının əhəmiyətini, habelə bölgənin ərəb ölkələrinin İranla bağlı siyasi proseslərdə oynadığı rola işarə edərək, gələcəkdə bu qruplarla əməkdaşlığın gərəkli olduğunu ifadə edir.

Bilginin dediyinə görə, bu görüşlərdə beynəlxalq ölkələr və qurumların təmsilçilərindən əlavə digər ölkələrdə azlıq kimi yaşayan etnik qruplar, o cümlədən uyğur türkləri, katalanlar və Türkiyə kürdləri, həmçinin İranda yaşayan qeyri-fars cəmiyyətlərin təmsilçiləri ilə də müzakirələr aparılıb.

O, müxtəlif qurumlarla həyata keçirdiyi toplantılar və görüşlərdə onlara xüsusilə Urmiyə gölü ətrafında cərəyan edən ekoloji fəlakət, habelə İran Azərbaycanı və İranda inkar edilən türk kimliyi haqqında məlumat verildiyini söyləyir.

“Bu görüşlərdə bilgi verməkdən əlavə, nəticə aldığımız hallar da olub. Özəlliklə Güney Azərbaycanın həm adını, həm də məsələsini gündəmə gətirməkdə başarılı olmuşuq. Görüşdüyümüz bəzi qruplar daha sonra İran İslam Respublikası rəsmiləri ilə görüşəndə bizim məsələmizi gündəmə çıxarıblar,” deyə Mahmud Bilgin dilə gətirir.

Siyasi fəal güneyə dair lobbiçilik fəaliyyətləri ilə bağlı mövcud olan bəzi problemlərdən də söz açır. O, o cümlədən, İranda yaşayan diqər qeyri-fars etnik qrupların bu sahədə daha fəal olduqları üçün daha artıq uğur qazandıqlarını önə çəkir.

Bilgin həmçinin beynəlxalq qurumların güneylə bağlı yaydığı bəyanatlarda türk yerinə azəri sözünün işlədilməsi və yanlış terminlərin düzəldilməsi istiqamətində apardığı müzakirələri açıqlayır.

Güney Azərbaycan Demokrat Partiyasının başqanı müxtəlif ölkələrdə yaşayan güneyli fəalları o ölkələrdə mövcud olan siyasi partiyalara qatılaraq lobbiçilik fəaliyyətinə daha artıq yanaşmağa çağırır.

Mahmud Bilginin qızı Aylin Fazelian 2014-ci ildə İsveçin Västra Götaland əyalətində İsveç Sosial Demokrat Partiyası tərəfindən seçkilərə qatılaraq əyalət məclisinə seçilib.

XS
SM
MD
LG