Accessibility links

Mahmud Bilgin: ABŞ konqresmenləri ilə Güney məsələsini müzakirə etdik [Audio]


Mahmud Bilgin, ABŞ Senatoru Tom Coburn və Ayda Kərimli
Mahmud Bilgin, ABŞ Senatoru Tom Coburn və Ayda Kərimli
Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Mahmud Bilgin və siyasi fəal Ayda Kərimli bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında səfərdə olub. Cənab Bilgin Vaşinqtonda amerikalı senator və konqresmenlərlə görüşlər keçirmiş və İran Azərbaycan məsələsini müzakirə etmişdir. Keçirilən görüşlər haqda Amerikanın Səsinə müsahibə verən Mahmud Bilgin görüşlərin müvəffəqiyətli olduğunu və yaxşı nəticələr əldə edildiyini vurğulayıb.

GADP lideri Mamud Bilgin ABŞ səfəri haqda danışır
please wait

No media source currently available

0:00 0:19:30 0:00

Güney Azərbaycan Demokrat Partiyası (GADP)Azərbycan Öyrənci Hərəkatının (AZOH) təşkil etdiyi Azərbaycan İttifaqi Heyəti olaraq iki il öncədən başlatlatdığımız muxtəlif ölkələrin parlament üzvləri ilə görüşlərimizin istiqamətində 17 amerikalı senator və konqresmen, habelə onların nümayəndələri ilə görüşüb, Güney Azərbaycan məsələlərini müzakirə etdik,” deyə bildirən Mahmud Bilgin həmçinin ABŞ Helsinki Komissiyası ilə görüş təşkil etdiklərini qeyd edib.

Onlara Amerika Konqresində Güney Azərbaycan üzrə bir komitə təşkil edilməsini təklif etdik və İranda qeyri-fars etniklər xüsusilə biz türklərin səsini dünyaya çatdırmaq üçün yardım istədik.
Onun dediklərinə görə, Azərbaycan İttifaqi Heyəti adına ötən iki il ərzində Azərbaycan Respublikası, Türkiyə və Avropa ölkələrində parlament üzvləri ilə görüşlər keçirilib.

Ayda Kərimli və Mahmud Bilgin ötən il ABŞ Nümayəndələr Palatasına qətnamələr təqdim edərək ABŞ dövlətini İranda yaşayan Azərbaycan türkləri və bəluçların öz müqəddəratını müəyyən etmə haqqını müdafiə etməyə çağıran Konqresmen Dana Rohrabakerlə də görüş keçirib. GADP başqanı cənab Rohrabaker ilə görüşün Azərbaycan Milli Hökümətinin qurulmasının ildönümü yəni 21 Azər (12 dekabr) günündə baş verdiyini bildirib.

Onun dediklərinə görə, ABŞ konqresmenlərinin Güney Azərbaycan ilə bağlı geniş məlumatları yoxdur:

Computer Hope“Cənab Rohrabaker xaricində digərlərinin İranda yaşayan türklər və Güney Azərbaycan ilə bağlı məlumatı yox idi. Onların İranla bağlı bildikləri nüvə böhrani kimi məsələlərə məhdud olur. Biz milli tələblərimiz, Urmiyə Gölündə ekoloji fəlakəti və bir çox digər məsələlər ilə bağlı onlara bilgi verdik.”

İsveçdə mühacirətdə yaşayan siyas fəal ayrıca bildirib ki, Azərbaycan İttifaqi Heyəti 1946 ildə İranın Azərbaycan şəhərlərində baş vermiş qanlı hadisələrlə bağlı prezident Barak Obamaya məktub unvanlayıb və bu görüşlərdə həmin məktubun nüsxələri ABŞ Konqresi nümayəndlərinə də təqdim edilib:

“Məktubda İran ordusunun 1946-cı ildə ABŞ-ın dəstəyi ilə Azərbaycan şəhərlərinə hücum edərək, Azərbaycan Milli Hökümətini devirib Azərbaycan türklərinə qarşı qırğın tətbiq edilməsinə işarə etmişik.”

Güney Azərbaycan Demokrat Partiyasının başqanı bu görüşlərin sırasında həm Respublikaçılar Partiyası həm də Demokrat Partiyasına mənsub senatorlarla müzakirə edildiyini söyləyib.

Mahmud Bilgin həmçinin ABŞ rəsmilərinə hansı tələblərlə müraciət etdikləri ilə bağlı Amerikanın Səsinə məlumat verib:

“Onlara Amerika Konqresində Güney Azərbaycan üzrə bir komitə təşkil edilməsini təklif etdik və İranda qeyri-fars etniklər xüsusilə biz türklərin səsini dünyaya çatdırmaq üçün yardım istədik. Urmiyə Gölünün quruması ilə bağlı və onun quruduğu təqdirdə bir çox insanın Qərb ölkələri, o cümlədən Amerikaya mühacirət etmək məcburiyyətində qala biləcəkləri barədə bəhs etdik və bu ekoloji fəlakəti önləmək üçün İrana təzyiq göstərilməsini tələb etdik.”

“Oklahoma Senatoru Tom Koburn ilə görüşdə Amerikanın Səsinin proqramları ilə bağlı müzakirə edib, Güney Azərbaycan məsələsinə yer verilməsini və Güney Azərbaycan üçün Türk dilində veriliş hazırlanmasının zəruri olduğunu vurğuladıq,” deyə Mahmud Bilgin əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG