Accessibility links

Mahmud Bilgin: Birliyimizi önləyən əsas problem mənəmlik xəstəliyidir [Audio]


Mahmud Bilgin
Mahmud Bilgin
Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanını İran Azərbaycanı təşkilatları arasında birliyi önləyən əsas problemin mənəmlik xəstəliyi olduğunu deyir. İsveçdə mühacirətdə yaşayan Mahmud Bilgin Amerikanın Səsi ilə müsahibəsində təmsil etdiyi partiyanın hədəf və fəaliyətləri, partiya içi demokratiya və güneyli təşkilatlar arasında birlik və əməkdaşlıq kimi mövzular haqda danışıb.

Mahmud Bilgin: Birliyimizi önləyən əsas problem birincilik xəstəliyidir
please wait

No media source currently available

0:00 0:18:03 0:00

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının qurucularından biri olduğunu söyləyən Mahmud Bilginin sözlərinə görə, GADP adətən partiyadaxili demokratiya mexanizminin olmaması üzündən GAMOH-dan ayrılan fəallar tərəfindən təsis edilib.

“Orada ciddi bir icra şurası və idarə heyəti mövcüd deyildi. Biz bu problemi GADP-də həll etmişik. GADP İdarə Heyəti həftəlik toplantılar keçirir və üzvlər öz düşüncələrini ortaya qoyurlar,” o, mənsub olduğu partiyanın modus operandi-sini izah edir.

Cənab Bilgin eyni zamanda hədəflər baxımından GADP-ın GAMOH və bəzi başqa təşkilatlarla çox fərqli olmadığını vurğulayır: “Nizamnaməmizdə də qeyd edildiyi kimi biz də türklük, çağdaşlıq və inanc özgürlüyü əsaslarını mənimsəyirik.”

Güney Azərbaycan təşkilatları istiqlalçı və federalist şəklində ayrı olsalar da iç istəkləri eynidir. Ana istəkləri isə güneyin qurtuluşu və dövlətçiliyidir.
“Güney Azərbaycan təşkilatları istiqlalçı və federalist şəklində ayrı olsalar da iç istəkləri eynidir. Ana istəkləri isə güneyin qurtuluşu və dövlətçiliyidir,” deyə GADP başqanı təmsil etdiyi təşkilatın birlik uğrunda ilk addımı atmağa hazır olduğunu bildirir.
Cənab Bilgin Güney Azərbaycan Demokrat Partiyasının Isveç, Almanya, Azərbaycan Respublikası və Türkiyədə seminarlar və aksiyalar təşkil etdiyini, muxtəlif ölkələrin parlament üzvləri ilə görüşlər keçirdiyini, habelə radio verilişləri yaymaq və internet TV-sinin idarəsi kimi fəaliyyətlər apardığını bildirib.

O, həmçinin partiyanın İranda yaşayan digər qeyri-fars xalqlar, o cümlədən Əhvaz ərəblərinin təşkilatları ilə birgə fəaliyyətlər və aksiyalar təşkil etdiyini qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG