28 May Respublika Günü münasibəti ilə müxalifət qüvvələri Məmməd Əmin Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə təntənəli mitinq keçirib.
İlk olaraq abidənin önündə Müsavat Partiyası təntənəli mitinqini açıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, 96 il əvvəl Azərbaycanın ən görkəmli ziyalıları Azərbaycan Demokratik Cümhuriyyətini qurub. Bununla da Azərbaycan xalqı dövlət olaraq öz möhürünü bəşəriyyətin tarixinə vurub. “1918-ci ildə qurulan dövlət bir təsadüf deyildi, bu, millətin, xalqın iradəsi ilə qurulan bir dövlətdir. Bu, xalqımızın, millərimizin böyüklüyünü bir daha sübut etdi. Biz bu səbəbdən Elçibəyi də şərəflə anırıq. Eşq olsun Rəsulzadə- Elçibəy yolu gedən sizlərə”.
İ.Qəmbər Rəsulzadə-Elçibəy yolçularının demokratiyanın bərpası uğrunda mübarizəsinin davam etdirəcəyini bildirib. “M.Ə.Rəsulzadə təkcə millətlərə istiqlal deməyib. O, insanlara hürriyyət də deyib. Bizim missiyamız tamamlanmayıb, mübarizəmiz davam edir”, o qeyd edib .
Müsavat Partiyasından sonra Milli Şuraya daxil olan qurumların təntənəli mitinqi başlayıb. Milli Şura bir il öncə M.Ə.Rəsulzadənin abidəsi önündə keçirilən mitinqdə élan edilib.
Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. O Azərbaycan xalqının demokratiya və azadlıqlar uğrunda mübarizəsinin davam etdiyini bildirib.
“Ilham Əliyevin sosial dayağı yoxdur. Bunu ötən ilki president seçkiləri bir daha sübut etdi. Onu Mərkəzi Seçki Komissiyası prezident élan edib. Seçkilərin qalibi Milli Şura olub”, o qeyd edib.
Milli Şuranın Rəsulzadə-Elçibəy yolunu davam etdirək və demokratik dəyərlərin bərpasına nail olacaq.
“Bizim yolumuz Rəsulzadə-Elçibəy yoludur. Azərbaycan xalqını heç kim demokratiya uğrunda mübarizəsdən çəkindirə bilməz”, Həsənli qeyd edib.