Accessibility links

Barak Obamanın Azərbaycana Respublika Günü təbriki


Prezidentlər İlham Əliyev və Barak Obama
Prezidentlər İlham Əliyev və Barak Obama

“Biz Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq”

Amerika prezidenti Barak Obama Respublika Günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubun mətnini AzərTAc dövlət agentliyi yayıb.

Məktubda deyilir:
“Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından və şəxsən öz adımdan ən xoş arzularımı çatdırıram. 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlətin – Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması münasibətilə əlamətdar bayramı qeyd edən bütün Azərbaycan xalqına biz də qoşuluruq.

Ölkələrimiz arasında təhlükəsizlik məsələlərində güclü əməkdaşlıq mövcuddur və biz Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasında iştirakını yüksək dəyərləndiririk. Ötən illər ərzində ölkələrimiz arasında enerji sahəsində də sıx tərəfdaşlıq qurulmuşdur və biz ötən ilin dekabr ayında “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində yekun investisiya qərarının imzalanmasını yüksək qiymətləndiririk.

Biz Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün Azərbaycana kömək etməyə hazırıq. Bu, hamımızın arzuladığı daha güclü, sabit və müstəqil Azərbaycana əhəmiyyətli töhfə verəcəkdir.

Zəngin mədəniyyət və tarixə malik Azərbaycan xalqını milli bayramınız münasibətilə bir daha təbrik edirik”, məktubda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG