Misir Prezidenti Məhəmməd Mursinin öz səlahiyyətlərini genişləndirən və prezidentə nəzarəti ləğv edən fərmanı cəmiyyətdə böyük qəzəb dalğası yaradıb. Diktator Hüsni Mübarəki devirmək üçün həyatlarını riskə atmış adamlar bir tiranın başqası ilə əvəzlənməsini sükutla qəbul etmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Cənab Mursi qəzəbli misirliləri əmin edir ki, onun fərmanı müvəqqəti xarakter daşıyır və hakimiyyəti təkbaşına idarə etmək istəyi yoxdur. Bütün hallarda demokratiya uğrunda qurbanlar vermiş xalqın çiyinlərində hakimiyyətə gələn adamın belə bir fərmana imza atması məyusluq doğurmaya bilməz. Başqa bir tərəfdən, dünyanın əksər bölgələrində inqilablar adətən bir tiranın başqası ilə əvəzlənməsinə gətirib çıxarıb.
1979-cu il. İran şahı Rza Pəhləvi Tehranı tərk edir. YouTube-da yerləşdirilən videoda şəhər küçələri bayram eyforiyasına uymuş adamlarla doludur. Əllərində Ruhulla Xomeyninin nəhəng portretini tutmuş adamların sifətlərindən sevinc və ümid yağır (hərçənd ki, eyni sözləri Xomeyninin öz sifəti haqda demək mümkün deyil.) Bu kadrlara düşmüş adamlardan heç biri anlamır ki, növbəti illərdə onları qanlı müharibə, dəhşətli küçə edamları, misli görünməmiş sosial qadağalar, basqılar gözləyir. Onların nəzərində şahi devirməklə əsas iş görülmüşdü. Yaxud 1917-ci ilin Rusiyası. Çar Nikolayı devirən kütlələr Romanovlarsız Rusiya ideyasından vəcdə gəlmişdilər. Hamı fikirləşirdi ki, ən pisi geridə qalıb. Tarixin hökmü isə bambaşqa idi. Qarşıda rusları qanlı vətəndaş müharibəsi, aclıq, səfalət, kütləvi mühacirət, Stalinin repressiyaları, İkinci Dünya Müharibəsi gözləyirdi.
Misirlilər iranlıların və rusların acı təcrübələrini təkrar etmək istəmirlər. Onlar təkcə Mursinin avtoritar jestlərinə deyil, həm də tarixin ətalətinə dirəniş göstərirlər. Bu ətalətdən çox az millət qaçmağa nail olub. İngiltərədən istiqlaliyyət qazandıqdan dörd il sonra – 1787-ci ildə Fildadelfiya şəhərində toplaşan amerikalılar bu baxımdan istisna təşkil edir. Konstitutsiya qurultayına toplaşan Amerika siyasi xadimləri – Tomas Cefferson, Ceyms Madison, Corc Vaşinqton, Con Adams və başqaları anlayırdılar ki, ingilisləri məğlub etmək ümummilli layihənin yalnız başlanğıcıdır. Qızğın debatlarla, səs-küylü mübahisələrlə müşayiət olunan həmin qurultayda amerikalılar Birləşmiş Ştatların idarəçilik mexanizmini müəyyən edirdilər. Minlərlə adamın qanı bahasına bir tiranın zülmündən qurtulan adamlar əmin olmaq istəyirdilər ki, bütün bu məşəqqətlərin sonunda onları başqa, lokal tiranın zülmü gözləmir. Bu üzdən Amerikada hakimiyyətin üfüqi və şaquli bölgüsü aparılırdı.
1787-ci il, 18 sentyabrda qurultay zalını tərk edən Bencamin Franklin bir qadınla qarşılaşır. “Cənab Franklin, deyin görək indi bizdə nə olacaq – monarxiya yoxsa respublika?” deyə qadın soruşur. Franklin cavab verir: “Respublika, madam, əgər qoruya bilsəz!” Misirdə isə, göründüyü kimi, hələ qurultay keçirilməyib.