Accessibility links

Suriyada üsyançılar 23 əsgəri öldürüb


Suriya fəalları deyir ki, üsyançılar Homs şəhəri yaxınlığında döyüşlər zamanı 23 əsgəri öldürüb. Bu, 14 aydır davam edən üsyan ərzində ən çox təhlükəsizlik işçisinin öldürüldüyü günlərdəndir.

Fəallar deyir ki, bugünkü döyüşlər Homs şəhərindən 25 kilometr aralıdakı Rastan şəhərində baş qaldırıb. Üsyançılar Suriya ordusunun şəhəri ağır artileriyadan atəşə tutmasından sonra əks-hücuma keçib. Onlar deyr ki, toqquşmalar zamanı bir neçə insan yaralanıb və bəzi zirehli maşınlara ziyan dəyib.

Döyüşlər təxminən bir ay əldə olunan atəşkəs razılığını da şübhə altına alır. BMT monitorları Suriyada zorakılıqların qarşısını almağa çalışır.

XS
SM
MD
LG